QİDALANMA

"Mücrü lobby & terrace" gün boyu dünya və yerli mətbəxin müxtəlif təamlarını, eyni zamanda geniş çeşiddə içkilər və xüsusi kokteyllər təklif edir.

Dağlara və yamaclara möhtəşəm mənzərəsi olan terras hissəsi Azərbaycan çayından və şirniyyatlarından dadmaq üçün ən gözəl məkandır.


İş saatları: 24/7
Gün boyu dünya mətbəxinin ləziz təamlarını təklif edən müasir və zərif restoran. 

Burada  nahar və şam yeməyi müasir texnologiya ilə hazırlanır və zövqlü görüntüdə təqdim edilir. 

Təqdim etdiyimiz dünya mətbəxinin ləziz təamları və bənzərsiz yeməkləri hər kəsin zövqünü oxşayıb, bütün ailə üzvlərini məftun edəcək. 

Əlavə olaraq restoran axşam saatlarında səmimi mühitdə çay, yüngül qəlyanaltı, yaxud axşam yeməyindən öncə iştahaçan təamlardan dadmaq üçün mükəmməl məkandır.

İş saatları: 12:00 – 00:00
Təbiətin qoynunda əsrarəngiz mənzərədən zövq alaraq "Rast" restoranındakı misilsiz milli mətbəx ab-havasını hiss edin.

Burada qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilir.

İsti aylarda yay terrasında möhtəşəm mənzərədən və qeyri-adi şam yeməyindən zövq ala bilərsiniz.


İş saatları: 12:00 – 00:00
Hotelin ərazisində yerləşən və meşələrlə əhatə olunan Palıd kafesi ailənizlə birlikdə rahat söhbətgahlarda əyləşərək təmiz havadan zövq alaraq Azərbaycanın ləziz manqal və təndir yeməklərindən dadmaq üçün mükəmməl məkandır.

İş saatları: 12:00 – 00:00
Bir-birindən ləziz təamlar, şirniyyatlar, milli və dünya mətbəxinin isti xörəklərindən ibarət ləzzətli səhər yeməklərinin geniş çeşidi qonaqlara təqdim olunur.

1350 m2-lik böyük Banket zalı toy, banket və tədbirlərin keçirilməsi üçün ideal məkandır. 

İş saatları:
Səhər yeməyi: 08:00 - 11:00
“Limon” kafesini balaca qonaqlarımız və onların valideynləri xüsusilə sevəcək. Burada uşaqların sağlam istirahətinə töhfə verən maarifləndirici oyunlar keçirilir. 

Sağlam qidalanma üçün burada faydalı və təravətli məhsullardan hazırlanmış yeməklər təqdim olunur.

Peşəkar əyləncə komandamız uşaqları əyləndirərkən siz vaxtınızı səmərəli keçirərək SPA prosedurlarından faydalana və ya hovuzda dincələ biləcəksiniz. 


İş saatları: 10:00 – 20:00