İSMAYILLI RAYONU

Böyük Qafqazın ətəyində yerləşən İsmayıllı, təmiz havası, füsunkar dağ mənzərələri və sıx meşələri ilə məşhurdur. Burada kristal bulaqlar, şəlalələr və dumanlı dağ yolları hər mövsüm fərqli gözəllik təqdim edir. İsmayıllı həm təbiətsevərlər, həm də sakitlik axtaranlar üçün ideal bir istirahət məkanıdır.
Rayon zəngin mədəni irsə, tarixi abidələrə və yerli sənətkarlığa da ev sahibliyi edir.
Burada həmçinin yürüş, piknik və fotoçəkiliş kimi açıq hava fəaliyyətləri üçün geniş imkanlar mövcuddur.
İsmayıllı, həm təbiətin sakitliyini hiss etmək, həm də yerli mədəniyyətlə tanış olmaq istəyənlər üçün unudulmaz bir təcrübə vəd edir.

BASQAL HAQQINDA

Basqal ölkənin mərkəzində və Bakı dan 150 km aralı, dəniz səviyyəsindən 1081 metr yüksəklikdə yerləşir. Basqalın yaxınlığı əsasən təpəlik olsa da onun şimal-şərqi dağ və cənubu çökəkliklər ilə örtülmüşdür.Yaxın əraziləri əsasən əkənəklərdən ibarətdir. Demək olar Basqalın havası il boyu rütubətli və mülayim keçir. 

Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır.

2018-ci ilin 3 oktyabr tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalamışdır.
BASQALIN TARİXİ
Basqalın qədim ərazisinin tarixi dördüncü əsrə qədər uzanır. Bu ərazi qədimdə Alban dövlətinə mənsub olub. Tarixi mədəniyyəti ilə zəngin və qalaları və məscidləri ilə məşhur olan Basqal qəsəbəsi bənzərsiz enerji ilə dolub-daşır. Basqalın cənub-şərqi qədim və orta əsr abidələri ilə zəngindir və qədim insan məskənlərindən biridir. Bu gün Basqal qəsəbəsinin ərazisi dövlət tarixi-mədəniyyət qoruğu hesab edilir.
BASQALIN ADƏT ƏNƏNƏLƏRİ
Qədim dövrlərdən başlayaraq, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olmuşdur. 2014-cü ildə Azərbaycan mədəniyyətinin qədim kəlağayı sənəti YUNESKO tərəfindən dünyanın Qeyri-maddi Mədəni İrs Nümunələri siyahısına daxil edilmişdir.