İstirahəti və rahatlığı ən lüks şəkildə təmin edən tarixi Basqal kəndində yerləşən resort kompleksimizə xoş gəlmisiniz
"Basqal Resort & Spa", sizin istirahətinizi unudulmaz edən unikal xidmət və maraqlı xüsusiyyətlər təklif edir, məhz buna görə kompleks qonaqların sevimli məkanına çevrilir.
Azərbaycanın gözəl ənənələrinin qorunub-saxlandığı bu məşhur məkanda istirahət edən qonaqlarımız ecazkar gözəllikləri öz gözləri ilə görə və kəşf edə bilərlər.
"Basqal Resort & Spa"nın dəbdəbəli və bənzərsiz dünya səviyyəli xidmətlərini kəşf edin. Hotelin ərazisi yaşıl meşədə 19 hektarlıq sahədən ibarətdir. Binanın Alp üslubundakı cəlbedici fasadı və hotelin rahat vestibülü orijinal üslubda unikal dizayn elementləri silsiləsi ilə rustik interyeri təmsil edir.
Kompleks 179 otaq, 3 yataq otağı olan on ayrıca kottecdən və içərisində açıq havada özünəməxsus kiçik hovuzu olan 6 kottecdən ibarətdir.
Qonaqlarımıza müxtəlif növ milli və xarici mətbəxlərin təamlarını dadma imkanları təklif edirik. Burada müxtəlif mətbəxləri təmsil edən 8 restoran, açıq havada eyni zamanda qapalı şəraitdə uşaq klubları, müxtəlif oyun meydançaları, 750 nəfərə qədər qonaqlar üçün Banket zalı, müxtəlif tədbirlərın təşkili üçün 120 nəfərlik konfrans zalı fəaliyyət göstərir. Geniş Niyal Spa mərkəzi "Basqal Resort & Spa" Kompleksinin incisidir.